Azərbaycan komandası Avropa birinciliyində üçüncü olub

İspaniyanın paytaxtı Madrid şəhərində keçirilmiş U 15 və yeniyetmələrin Avropa birinciliyi başa çatıb. SİA xəbər verir ki, qitə miqyaslı yarışda mübarizə aparan 15 yaşadək atletlərdən ibarət komandamız Avropa birinciliyində üçüncü yeri tutub. Musab Məmmədtağıyev, Lətif Əliyev və Muhəmmədəli Məmmədzadənin qazandığı 3 qızıl və 4 gümüş medal sayəsində Azərbaycan komandası İspaniya, Polşa, Bolqarıstan kimi kollektivləri qabaqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə