2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edəcək "Qəbələ" heyətini nigeriyalı futbolçu ilə gücləndirib. SİA-nın əldə etdiyi məlumata görə, klub Salihu Nasiru ilə anlaşıb.
18 yaşlı yarımmüdafiəçi ilə sonradan müddəti uzatmaq şərtilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, S.Nasiru Nigeriyanın U-20 millisinin üzvüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə