"Qəbələ" heyətini nigeriyalı futbolçu ilə gücləndirib

25 İyul 2025 10:05 (UTC+04:00)

2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edəcək "Qəbələ" heyətini nigeriyalı futbolçu ilə gücləndirib. SİA-nın əldə etdiyi məlumata görə, klub Salihu Nasiru ilə anlaşıb.

18 yaşlı yarımmüdafiəçi ilə sonradan müddəti uzatmaq şərtilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, S.Nasiru Nigeriyanın U-20 millisinin üzvüdür.