AFFA rəhbərliyi bir sıra rayonlara səfər edib. Bu barədə SİA-ya qurumun mətbuat xidmətindən məlumat verilib.
Milli assosiasiyanın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Kamran Vəliyev, Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev və İnkişaf Strategiyasının icrası üzrə layihə qrupunun dövlət qurumları ilə əlaqələrinə məsul şəxs Ramazan Səmədov Qəbələ, Şəki, Qax və Zaqatala rayonlarında olublar.
Səfər çərçivəsində bölgələrin futbol infrastrukturu ilə tanış olunub, “Qəbələ”, “Sheki City”, “Zaqatala” klubları, yerli UGİŞM nümayəndələri ilə görüşlər keçirilib, mövcud vəziyyət müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə