Avstriya çempionatının 1/4 final mərhələsinin oyununda xorvatiyalı həndbolçu İvan Xorvat rəqibi Markus Mara qarşı kobud oyuna görə mavi vərəqə alaraq meydandan qovulub. SİA xəbər verir ki, 32 yaşlı həndbolçu 2026/27 mövsümünün sonuna qədər diskvalifikasiya olunub. Bu barədə "Handball-planet" məlumat yayıb.
İnsident "Breqens" və "Hard" komandaları arasında keçirilən ikinci görüşdə baş verib. İkincilərin heyətində çıxış edən idmançı oyunun 42-ci dəqiqəsində rəqib qapıya doğru irəliləyib, lakin Xorvat onu birbaşa əli ilə dayandırıb. “Breqens”in həndbolçusu qanaxma səbəbilə oyunu tərk etməli olub və xəstəxanaya aparılıb.
24 yaşlı Markus Marın burnunda açıq və çoxsaylı sınıq aşkarlanıb, ona cərrahi müdaxilə lazım gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə