"Fənərbaxça" və "Qalatasaray" 63-cü dəfə Ziraat Türkiyə Kuboku derbisində aprelin 2-də Kadıköydə üz-üzə gələcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, çərşənbə axşamı Ziraat Türkiyə Kubokunun 1/4 final matçında "Fənərbaxça" - "Qalatasaray" derbisi həyəcanı yaşanacaq. Sarı-göylülərin ev sahibliyi edəcəyi qarşılaşmada əzəli rəqiblər Kadıköydə 63-cü dəfə qarşılaşacaq. “Fənərbaxça” stadionunun 1982-ci ildə tikinti işlərindən sonra yenidən istifadəyə verilməsindən bu yana tərəflər 62 matç keçirib. Bu müddətdə sarı-göylülər 30, sarı-qırmızılılar isə 13 dəfə qələbə sevinci yaşayıb. 19 matçda bərabərlik qorunub. “Fənərbaxça”nın öz meydanında vurduğu 114 qola “Qalatasaray” 75 qolla cavab verib. Kadıköydə keçirilən matçların yalnız 5-i qolsuz tamamlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə