İspaniya La Liqasında mart ayının ən yaxşı baş məşqçisi seçilib. SİA xəbər verir ki, bu ada “Barselona”nın sükanı arxasında əyləşən Hans-Diter Flik layiq görülüb. Alman mütəxəssis bununla cari mövsümdə 4-cü dəfə ayın məşqçisi adına layiq görülüb. O, sorğuda Manuel Pelleqrini (“Betis”) və Klaudio Giraldesi (“Selta Viqo”) qabaqlayıb.

Qeyd edək ki, “Barselona” mart ayında “Real Sosyedad”ı 4:0, “Atletiko Madrid”i 4:2 hesabı ilə məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə