"Barselona"nın vingeri Lamin Yamal "Bavariya"nın yarımmüdafiəçisi Camal Musialanı komandasında görmək istədiyini bildirib.
…Barsa üçün imzalayacağım bir oyunçu? Neymarın adını çəkməyimi gözləyirsiniz, amma Musiala deyəcəyəm... Təəssüf ki, onun etibarlı müqaviləsi var, - Barca Times Yamalın sözlərini sitat gətirir.
Bu mövsüm Lamin bütün turnirlərdə 32 oyun keçirib, 11 qol vurub və 15 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 180 milyon avrodur.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə