"İki oyun keçirdik və bir xal qazandıq". Bunu SİA-ya Azərbaycan millisinin futzalçısı Emin Kürdov deyib.
O, Avropa çempionatının əsas mərhələsi çərçivəsində Yunanıstanla oyunda qeydə alınan 2:2 hesablı heç-heçəni şərh edib: "Dünən ki, matçda da bizə qələbə lazım idi. Çox vacib idi ki, qələbə qazanaq. Ancaq təəssüflər olsun ki, qələbə qazana bilmədik. Bir xalla kifayətləndik. Yunanıstan 4 xalla ikinci yerdədir. Ümidim son oyunlarda qələbə qazanmaqdır. Pley-off mərhələsinə adlamağı ümid edirik. Lakin turnir cədvəlində çətin vəziyyətdəyik. Buna görə də 10 qrupdan ən yaxşı ikinci yeri tutmuş komandalar pley-offa vəsiqə qazanacaq. Təəssüflər olsun ki, biz onluqda düşmürük. Biz öz oyunlarımızı qazanıb, digər komandaların nəticələrini gözləməliyik. Oyunda üstünlük bizdə idi. Çoxlu qol epizodlarımız oldu. Onlardan kifayətlənə bilmədik. Rəqibin 4-5 epizodu oldu ki, onla iki qolla istifadə etdik. Millinin 10-dan çox epizodu oldu ki, qələbə qazana bilərdik. İrəli baxıb, qarşıda Yunanıstan və İsveçrə səfəri var. Onlarla çalışacayıq ki, qələbə qazanaq. Rəqiblə güclərimiz eyni idi. Lakin meydançada təcrübə lazım idi. Uşaqlar vuruşdular və əllərindən gələni etdilər ki, qələbə qazansınlar. Sadəcə olaraq oyunun içində oyunçuları idarə etmək üçün təcrübə lazımdır. Bunun üçün də xüsusi ustalıq səviyyəsi gərəkdir. Ona görə də oyunu hesab 1:0 olarkən sakitləşdirmək lazım idi. Hər cür taktiki addımları atdıq. Sonuncu 5 dəqiqədə baş məşqçimiz Vitali Barisov dəyişikliklər etdi. Evdə ikinci heç-heçə etdiyimiz oyun idi, amma hər şey bizim öz əlimizdə idi. İndi isə həmin komandalarla səfərdə oynayacayıq. Yunanıstan millisi əsas 3 oyunçusu ilə oynamadı. Amma bilirəm ki, səfərdə tam heyətlə çıxış edəcəklər. Ona görə də bizi ağır oyun gözləyir".
Qeyd edək ki, millimiz yer aldığı qrupda 3 oyundan sonra 2 xal toplayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə