Julio Romaonun növbəti klubu bəlli olub

Julio Romaonun növbəti klubu bəlli olub

"Qarabağ"dan ayrılan braziliyalı futbolçu Julio Romaonun növbəti klubu bəlli olub. SİA xəbər verir ki, futbolçu Macarıstan təmsilçisi "Ferentsvaroş"a keçidi rəsmiləşib.

2022-ci ildən "köhlən atlar"da çıxış edən Romao 120 oyunda 2 qol vurub.

Qeyd edək ki, o 2022/2023 və 2023/2024 mövsümlərində Azərbaycan çempionu, 2023/2024 mövsümündə ölkə kubokunun qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə