"Bu dəfə onlara qarşı öz oyunumuzu göstərə biləcəyik" - Əkbər Məmmədov

"Mövsümün ortasında komandada böyük dəyişikliklər baş verdi və bu dəyişikliklər bizə əlavə güc verdi". SİA xəbər verir ki, bunu NTD komandasının kapitanı Əkbər Məmmədov klubun mətbuat xidmətinə açıqlama verib.

O bildirib ki, artıq komanda meydançaya niyə çıxdığını və necə oynayacağını yaxşı bilir: "Yeni oyunçular da komandaya tam uyğunlaşıblar. Bir-birimizi yaxşı başa düşürük və hər şey hələ ki planladığımız kimi gedir. Dəyişikliklərin məqsədi də məhz bu idi. Qarşıda bizi "Sabah"a qarşı çətin bir oyun gözləyir. Onlara qarşı iki uğursuz oyun keçirmişik, amma bu dəfə hər şey fərqli olmalıdır. Mən inanıram ki, bu dəfə onlara qarşı öz oyunumuzu göstərə biləcəyik. NTD klubunun "Sabah"ı məğlub etməyə kifayət qədər gücü var. Bu, bizim üçün çox vacib görüşdür. Məşqlərdə var gücümüzlə çalışırıq. Liqada artıq 4 qələbə qazanmışıq və qarşıdakı turlarda qalib gələ bilsək, ilk üçlüyə daxil ola bilərik, çünki rəqiblərdən çox geri qalmırıq. Mən inanıram ki, biz ilk üçlüyə düşüb, pley-offa birbaşa yüksələcəyik".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə