"Qələbə qazanmağa yaxın olduğumuz görüşləri şanssızlıqla uduzmuşuq" - Levan Qoqaladze
“Təəssüflər olsun ki, son görüşdə də uduzduq". SİA xəbər verir ki, bunu "Quba"nın gürcü basketbolçusu Levan Qoqaladze klubun mətbuat xidmətinə açıqlama verib.
O, bu gün "Sumqayıt"a qarşı keçiriləcək matçla bağlı da danışıb: "Həmin oyundan sonra da hazırlığımızı davam etdirmişik. Qələbə qazanmağa yaxın olduğumuz görüşləri şanssızlıqla uduzmuşuq. Təbii ki, biz də daha yaxşı olmaq üçün çalışırıq, bu haqda düşünürük. Bu gün "Sumqayıt"la qarşılaşacağıq. Bu oyunu qazanmaq üçün hər şeyi edəcəyik. "Sumqayıt"la bu mövsüm ümumi hesabımız 1:1-dir. Ona görə də hər qarış uğrunda mübarizə aparacağıq. Qalibiyyət üçün oynayacağıq. Ümidvaram ki, istəyimiz reallaşar".
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə