Qətərin paytaxtı Dohada stolüstü tennisçilərin daha bir beynəlxalq yarışına start verilib.
SİA xəbər verir ki, “WTT Youth Star Contender Doha 2025” turnirindən yüksək reytinqli idmançıların qatıldığı yarışın ilk günü seçmə komandamız üçün uğurlu alınıb.
U-15 kateqoriyasında mübarizə aparan Onur Quluzadə ilə Yağmur Məmmədli qarışıq-qoşa yarışlarında 3-cü yerə layiq görülüb.
Qeyd edək ki, “WTT Youth Star Contender Doha 2025” turnirinə fevralın 2-də yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə