““Şəki” çox yaxşı komandadır”

"Uşaqları qələbə münasibətilə təbrik edirəm”.

SİA xəbər verir ki, bunu “Şəki" - "Sumqayıt" görüşündən sonra “Sumqayıt”ın baş məşqçisi Vadim Kuramşın klubun mətbuat xidmətinə oyunla bağlı açıqlama verib.

Mütəxəssis bildirib ki, onlar üçün çox çətin oyun keçib: “"Şəki" çox yaxşı komandadır. Onların komplektləşmiş heyəti var. Qrupumuzun da lideri idilər. Amma biz bu matça çox yaxşı köklənmişdik. Hədəfimiz pley-offdur! Bu gün 40 yaşlı Aleksey Kitayev qəhrəmanlıq göstərdi. O, 4-cü periodda Saadettin Donatı əvəzləyərək 7 dəqiqə ərzində 10 xal topladı və bu da bizim üçün dönüş nöqtəsi oldu. Uşaqların hamısına alqış düşür”.

Bütün xəbərlər Facebook səhifəmizdə