Azərbaycanın 22 idmançısından test nümunəsi götürülüb

2024-cü ildə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) sifarişi ilə ölkədən kənarda Azərbaycanın 22 idmançısından test nümunəsi götürülüb.

Bu barədə SİA-ya Azərbaycan Milli Antidopinq Agentliyindən məlumat verilib.

Rusiyada 11, Almaniyada 5, Fransada 2, Belçika, İtaliya, Malayziya və Serbiyada isə 1 idmançı antidopinq testindən keçib.

Testetmə AMADA-nın Rusiya Antidopinq Agentliyi (RUSADA) və PWC şirkəti ilə mövcud əməkdaşlığı çərçivəsində təşkil olunub.

Ötən il AMADA 98 beynəlxalq sifariş əsasında test həyata keçirib. Belə ki, bunlardan 85-i Dünya Güləş Birliyi, 10-u Beynəlxalq Cüdo Federasiyası, 2-si Beynəlxalq Boks Assosiasiyası və 1-i isə Beynəlxalq Müasir Beşnövçülük İttifaqının sifarişi ilə reallaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə