“Mingəçevir” klubu ev oyunlarını Zaqatalada keçirəcək

Mingəçevir” klubu I Liqada növbəti ev oyunlarını Zaqatala Olimpiya İdman Kompleksinin stadionunda keçirəcək.

SİA xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat verib.

Bildirib ki, buna Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda təmir və yenidənqurma işlərinin aparılması səbəb olub. "Mingəçevir” Futbol Klubunun müraciəti, Peşəkar Futbol Liqasının qərarı ilə təmir və yenidənqurma işləri başa çatana qədər Füzuli Məmmədovun rəhbərlik etdiyi kollektiv ev oyunlarını Zaqatalada keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə