Türkiyənin “Fənərbaxça” klubu 25 yaşlı futbolçusu Mert Müldürün müalicəsinin başladığını açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, klubun rəsmi açıqlamasında çiyni çıxan müdafiəçəyə lazımi müdaxilələr edildiyi və müalicəsinə başlanıldığı qeyd edilib.
Qeyd edək ki “Fənarbaxça" bu axşam UEFA Avropa Liqasının 7-ci turu çərçivəsində öz meydanında “Lion” ilə qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə