AFFA-nın İntizam Komitəsinin iclası keçirilib

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının XIX turunda baş verən xoşagəlməz hadisələrlə bağlı qərar verilib.

“Kəpəz” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” klubu 700 manat cərimə edilib. Tovuzluların azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə klub 800 manat ziyana düşüb. Azarkeşlər tərəfindən hakimlərin və rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Turan Tovuz” 1000 manat cərimələnib. Fanatların pirotexniki vasitədən istifadə etməsi isə Tovuz klubuna 1500 manata başa gəlib.

“Neftçi” – “Sabah” matçında meydana kənar şəxs daxil olduğuna görə ev sahibləri 800 manat cərimə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə