Musso karyerasını "Atletiko"da davam etdirəcək

Musso karyerasını "Atletiko"da davam etdirəcək

Argentinalı qapıçı Xuan Musso karyerasını Madrid "Atletiko"sunda davam etdirəcək.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə "Atalanta"nın rəsmi saytında məlumat paylaşıb.

30 yaşlı futbolçu Madrid klubuna müəyyən şərtlər yerinə yetirildikdə, məcburi almaq maddəsi ilə icarə əsasında keçib. Qapıçı üçün 1,5 milyon avro ödəniləcək.

Qeyd edək ki, Musso üç mövsüm ərzində "Atalanta"da 99 matçında iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə