"Cavab oyununda daha yaxşı nəticə göstərəcəyik" - Qurban Qurbanov
"Baxmayaraq ki çox gərgin oyun oldu, amma nəticədə biz qalib olduq. Çox güclü bir rəqibə qarşı oynayırdıq. Doğrudur, istərdik ki daha yaxşı nəticə əldə edək. Amma bu da kifayət etdi". SİA xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Qarabağ" - "HJK Helsinki" oyunundan sonra baş tutan mətbuat konfransında baş məşqçi Qurban Qurbanov deyib.
"Qol vurmaq üçün çox böyük şanslarımız oldu. Lakin istifadə edə bilmədik. Amma futbolçuları da başa düşürəm. Üzərlərində gərginlik var idi. Düşünürəm ki, cavab oyununda daha yaxşı nəticə göstərəcəyik. Qalibiyyət hər bir halda üstünlükdür. Qol buraxandan sonra qol vurmaq çox vacib idi"- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB