\"Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Cəmiyyətə İnteqrasiyası\" adlı tədbir keçiriləcək
Səbail Rayon İcra Hakimiyyəti, Ümidli Gələcək Gənclər Təşkilatı, IL PATIO Restoranı və İDEAL mağazası 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilmiş \"Hökümət, QHT və Biznes əməkdaşlığı vasitəsi ilə \"Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Cəmiyyətə İnteqrasiyası\" adlı tədbir həyata keçirəcək. SİA-nın xəbərinə görə, tədbirin keçirilməsində əsas məqsədi cəmiyyətin bütün üzvlərini səfərbər etməklə xüsusi qayğıya ehtiyacı olan uşaqların da cəmiyyətin bir parçası olduqlarını onlara aşılayaraq cəmiyyətlə sıx əlaqədə olub inteqrasiya etmələrinə dəstək olmaqdır.
Tədbirdə xüsusi qayğıya ehtiyacı olan uşaqlarla yanaşı hökümət, QHT, biznes və tanınmış incəsənət nümayəndələri iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB