Bakıda “Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafı” adlı Beynəlxalq Konfrans keçirilib
Avropa otelində İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM), Avropa Birliyinin Bakı ofisivə Kipr Türk Cumhuriyyətinin Menecment mərkəzinin təşkilatçılığı ilə "Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafı" adlı Beynəlxalq Konfrans keçirilib.
SİA-nın xəbərinə görə, konfransda Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dəstək Şurasının Sədri millət vəkili Azay Quliyev, Avropa Birliyi (AB) Vətəndaş Cəmiyyəti Forumunun Prezidenti Antonella Valmorbida, Kipr Aralıq Dənizi Mencment Mərkəzinin direktoru Bulent Kanol və digər yerli dövlət və qeyri-dövlət və eləcə də beynəlxalq təşkilatlarınəməkdaşları iştirak edib.
Tədbiri giriş sözü ilə açan İSİM rəhbəri , Vətəndaş Cəmiyyəti Forumunun milli koordinatoruVüqar Bayramov konfransın gedişatında vətəndaş cəmiyyətitəşkilatlarının problemlərinin araşdırılacağını söyləyib: "Konfransdavətəndaş cəmiyyəti ilə dövlət qurumları arasında əlaqələrin qurulması istiqamətində müzakirələr keçiriləcək.Növbətianaloji konfransnoyabrın 27-də 30-ya yaxın Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndəsinin iştirakı ilə Polşada baş tutacaq. Bu səfər Avropa Birliyitərəfindənmaliyyələşdiriləcək".
QHT-lərə Dəstək Şurasının sədri,millət vəkili Azay Quliyev vətəndaş cəmiyyəti sahəsində həyata keçirilən hər bir tədbirin təqdirəlayiq olduğunusöyləyib: "AzərbaycanAvropa Birliyinə siyasiinteqrasiya yolunu seçib. Bu prosesdə vətəndaş cəmiyyətinin rolu böyük rolu ola bilər".
A.Quliyev deyib ki, 2004-cüildə " Yeni Qonşuluq Siyasətinə" qoşulduqdan sonra AB ilə Azərbaycan arasında münasibətlər daha da yaxşılaşıb: "Əməkdaşlıq çərçivəsində bir sıra təzyiqlərə məruz qalsada AzərbaycanhökümətiAvropaya isti münasibət bəsləyir. Azərbaycanın Avropaya olanxoş münasibətini nəzərə alıbŞura tərəfindən elan edilən müsabiqələrin mövzularıAvropaya inteqrasiyavə Avropa ilə Azərbaycan arasında əlaqələrin gücləndirilməsinə həsr edilib".
Millət vəkili Qüdrət Həsənquliyev Azərbaycanda vətəndaş cəmiyyəti qurumlarının böyük gücə çevrildiyini, siyasi partiyalarla müqayisədə vətəndaş cəmiyyəti qurumlarının daha çox inkişaf etdiyini bildirib: "Avropa dəyərlərinin Azərbaycanda təbliği baxımından ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları tərəfindən müəyyən işlər görülüb. İstənilən ölkədə vətəndaş cəmiyyətinin yaradılması üçün müəyyən şərait və dəstək lazımdır".
Avropa Birliyinin (AB) Bakı ofisinin proqram meneceri Fuad Hüseynov isə qeyd edib ki, 2007-ci ildən indiyədək AB Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün həyata keçirilən layihələrə 5 mln. avro həcmində vəsait ayırıb. Bu müddət ərzində 20-yə yaxın müxtəlif layihələr həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB