Bakı bulvarında yeni qurğular FOTO

Bakı bulvarında yeni qurğular FOTO

Bakı bulvarında daha uzaq məsafəni seyr etmək üçün 4 yeni müşahidə qurğusu quraşdırılıb. Qurğular yeni açılan "Dəniz Mall" Ticarət Mərkəzinin ərazisində yerləşdirilib.

Ticarət mərkəzindən verilən məlumata görə, müşahidə binoklları təqribən iki ay pulsuz işləyəcək: "Dünya praktikasına baxsaq, görərik ki, bu qurğulardan istifadə bütün ölkələrdə pulludur. Ancaq ticarət mərkəzinin yeni açıldığını nəzərə alaraq biz onları bir müddət pulsuz etmişik. Hazırda binokllardan istifadə qiyməti müzakirə olunur. Dəqiq qiymət bu yaxınlarda müəyyənləşəcək".

Xatırladaq ki, "Dəniz Mall" iyunun birindən fəaliyyətə başlayıb. Sidney Opera Evinin memarlıq üslubunda inşa edilən "Mall" Azərbaycanda ən böyük ticarət mərkəzidir. Sahəsi 120 min kvadratmetr olan obyektdə əyləncə məkanları, mağazalar, restoran və kinoteatr yerləşir. Özündə bir çox dünya brendlərini birləşdirən "Mall" 5 mərtəbədən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə