Kimsəsiz Uşaqların Sosial Müdafiəsi ictimai birliyi seminar təşkil edib

Kimsəsiz Uşaqların Sosial Müdafiəsi ictimai birliyi seminar təşkil edib

Kimsəsiz Uşaqların Sosial Müdafiəsi ictimai birliyi 27 avqust tarixində Gəncə şəhərində seminar təşkil edib. SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Uşaqların zərərli dini cərəyanlardan qorunması üçün regionlarda seminarların təşkili“ adlı seminarda, ölkədə din azadlığı adı altında uşaqların məqsədli şəkildə ayrı-ayrı təriqətlərə cəlb edilməsindən danışılıb.

Təşkilatın sədri Lamiyə İsazadə bildirib ki, ölkəmizdə din azadlığı Konstitusiya ilə təmin edilir. Lakin bəzi zərərli mərkəzlər bu azadlıqdan sui-istifadə edərək uşaqlarımızı zərərli istiqamətlərə cəlb edir. Bu isə ona gətirib çıxarır ki, böyüməkdə olan nəsil müxtəlif terrorçu qrupların əlinə keçir. Təşkilat sədri onu da qeyd edib ki, layihəni ona görə vacib sayırıq ki, yetişməkdə olan insanlarımızı uşaq vaxtından düzgün maarifləndirməklə sonrakı mərhələdə layiqli vətəndaş kimi böyümələrinə dəstək vermiş olacağıq.

Seminarın təlimçisi, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, AMŞ İdarə Heyətinin üzvü, Azər Həsrət bu mövzu haqqında seminar iştirakçılarını geniş şəkildə maarifləndirib. Seminarda icra nümayəndələri, təhsil işçiləri zərərli dini cərəyanlar haqqında öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə