Nazir: "Əhalinin artması yeni iş yerlərinə olan ehtiyacı gücləndirir"
"Son statistikaya görə, ölkədə 9 milyon 883 mindən artıq insan var". SİA-nın xəbərinə görə bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Bakıda "Əmək bazarı: islahatlar, çağırışıar və perspektivlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, əhalinin yaş strukturu göstərir ki, Azərbaycan əhalisi cavan əhalidir: "Əhalinin 22 faizini 14 yaşa, 25 faizini 14-29 yaş arası, 46.1 faizini 30-64 yaş arası, 6.3 faizini 65 yaşdan çox olanlar təşkil edir". Nazir qeyd edib ki, gənclər əhalinin xüsusi çəkisinin artmasını şərtləndirib: "Bu göstərici 2000-ci ildəki 59,5 faizdən 2017-ci ilin əvvəlinə 68.4 faizə yüksəlib: " Əmək qabiliyyətli yaşda əhalinin artması işçi qüvvəsinin təklifini artırmaqla yeni iş yerlərinə olan ehtiyacı gücləndirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB