Çayı keçmək istəyən kişini sel apardı

Çayı keçmək istəyən kişini sel apardı

Ötən gün yoxa çıxan kişinin meyiti kənd ərazisində sel sularında aşkar olunub. Ötən axşamdan etibarən Gəncəyə yağan güclü leysan yağışı da bir sıra fəsadlar törədib. Çayı keçmək istəyən kişini sel apardı. Hadisə Samuxda olub. Ötən gün rayon ərazisinə güclü yagış yagıb və çaylarda sel əmələ gəlib. Qarayeri kəndi ərazisində ötən gün Qoşqar cayını at arabası ilə kecmək istəyən 50 yaşlı Kamil Ilyasov yıxılaraq seldə bogulub. Onun Meyiti bu gün kənd ərazisində sel sularında aşkar olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yeriə gələrək meyidi sudan cıxarıblar. Faktla bağlı Samux rayon Prokuroluğunda araşdıma aparılır.

Ötən axşamdan etibarən gəncəyə yağan güclü leysan yağışı da bir sıra fəsadlar törədib. Şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilişində uzunmüddətli fasilələr yaranıb. Həmçinin leysan şəhərin küçə və prospektlərində avtomobillərin hərəkətini çətinləşdirib. Eyni zamanda şəhərin müxtəlif ərazilərində həyət evlərinə su dolub.

Xeyli sayda ev əşyası yağış sularından yararsız hala düşüb. Hinlərdəki ev quşları boğularaq tələf olub. Şəhərin əsas istirahət məkanı olan xan bağında isə iri ağac küləyin təsirindən aşaraq ərazidəki iaşə obyektinin üzərinə düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə