“Naxçıvan xanlığının XVIII-XIX əsr bayraqları” adlı məruzə İsveçdə FOTO

Azərbaycanlı alim İsveçdə “Naxçıvan xanlığının XVIII-XIX əsr bayraqları” adlı məruzəsi ilə iştirak edib
“Naxçıvan xanlığının XVIII-XIX əsr bayraqları” adlı məruzə İsveçdə FOTO

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, t.ü.f.d. Pərvin Gözəlov İsveç Krallığının Stokholm şəhərində yerləşən Hərbi Muzeydə keçirilən "İN HOC SIGNO VINCES" ("Bu bayraq altında qalib gələcəksən") Beynəlxalq veksilloloji (bayraqşünaslıq) simpoziumda ingilis dilində məruzə ilə çıxış edib. Qeyd etmək lazımdır ki, veksollologiya yeni elm sahəsi olaraq bayraqlar və ştandartların tarixi, inkişaf mərhələlərini araşdırır. Veksillologiya (bayraqşünaslıq) üzrə keçirilən bu konfransda Azərbaycan nümayəndəsi ilə bərabər Polşa (Varşava Milli Muzeyi, Krakov Milli Muzeyi, Polşa Silahlı qüvvələri Muzeyi, Vilanovda Kral Sarayı Muzeyi, Böyük Polşanın Hərbi Muzeyi), Rusiya (Moskvanın Kreml Muzeyləri, Dövlət Ermitaj Muzeyi, Artilleriya Hərbi –Tarix muzeyi), İsveç (İsveç Hərbi Muzey), Belarus, Almaniya, İsveçrə, Avstriya və İspaniya numayəndələri iştirak ediblər.

AMEA-dan SİA-ya verilən məlumata görə, "Naxçıvan xanlığının XVIII-XIX əsr bayraqları" adlı məruzədə natiq Naxçıvan xanlığının XVIII-XIX əsr Dövlət və iki rəngli döyüş bayrağı mövzusunda məruzə ilə çıxış edib. P.Gözəlovun elmi tədqiqatları nəticəsində aşkar edilmiş bayraqlar Naxçıvan xanlığının dövlət bayrağı 1827-ci ildə xanlığın işğalı zaman general İ.Paskeviç tərəfindən qənimət kimi götürülüb.

Naxçıvan xanlığının Dövlət bayrağının üzərindəki səkkizgüşəli ulduz və aypara kompozisiyasının əks edilməsi və xanlığın üçüncü bayrağının qırmızı və yaşıl rəngli olması, üzərində səkkizguşəli ulduz rəmzinin təsviri subut edir ki, Azərbaycan Respublikasının dövlət bayrağındakı rəmzlər və rənglər, 1918-ci ildə Azərbaycan Xalq Cümhüriyyətindən də qabağ, Azərbaycanın tarixi bayraqlarında milli rəmz kimi istifadə edilib və azərbaycançılığı, milli məfkürəni, dövlətçilik ənənələrini əks etdirən mühüm amil olmağı barədə məlumat vermiş. Qeyd etmək lazımdır ki, əks edilmiş ulduz Möminə Xatun türbəsinin üzərindəki ulduzların üslubunda tərtib edilib. Buradakı ulduzların daxilində həndəsi elementlər açıq-aşkar görünür. Qeyd edilmişdir ki, Nəinki Azərbaycan xanlıqlarının bayraqlarının üzərində, XVIII-XIX əsr Şərq dövlətləri bayraqlarında da buna oxşar elementə rast gəlinməyib. Bayraqların təsvirlərini təhlil edərək, belə qənaətə gəlinir ki təqdim edilan bayrağların tərtibatı, üzərində əks edilən yazılar, istifadə olunan rəmzlər və rənqlər, bayrağa sahib olan Naxçıvan xanlığının siyasi, idioloji, dini və tarixi mədəni ənənələrini əks etdirir. İlk dəfə olaraq Naxçıvan xanlığının bayraqları beynəlxalq simpoziumda tam və olğun şəkildə təqdim edildi. Konfrans muddətində iştirakçılar İsveç Krallıgı, Stokolm şəhərində Hərbi muzeyinin bayraq fondları ilə tanış edildilər.

Bütün xəbərlər Facebook səhifəmizdə