I Avropa Oyunlarına hazırlıq işləri ilə əlaqədar nəqliyyat-yol kompleksi üzrə nəzərdə tutulan tədbirlər çərçivəsində Mikayıl Əliyev küçəsində yolun təmirinə başlanılıb. "Azəryolservis"in mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin SİA-ya verdiyi məlumata görə, ilkin mərhələdə təmir işləri Milli Gimnastika Arenasının qarşısından Mehdi Abbasov küçəsi ilə kəsişmədə yerləşən dairə daxil olmaqla həyata keçiriləcək.
O qeyd edib ki, artıq həmin hissədə asfalt-beton örtüyünün döşənməsinə start verilib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB