Azərbaycanda 60-a yaxın PHS və mina aşkar edilib

Azərbaycanda 60-a yaxın PHS və mina aşkar edilib

Noyabr ayı ərzində Azərbaycanda 3,542,127 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən SİA-ya verilən məlumata görə, ötən ay 57 PHS və 1 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 276,191,346 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 690,845-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Qazax, Xocavənd, Şəmkir, Tərtər rayonlarında, eyni zamanda Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində davam etdirilir.

2014-cü ilin noyabr ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə