Şirvanda "Dini və mənəvi-əxlaqi dəyərlərin qorunması və qadağan olunmuş dini təriqətlərin təbliğinin qarşısının alınması" mövzusunda konfrans keçirilib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, şəhərindəki Mədəniyyət Evində keçirilən tədbirdə Daxili İşlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanlar İdarəsi, şəhər İcra Hakimiyyəti və digər qurumların nümayəndələri iştirak ediblər.
DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov çıxış edərək bildirib ki, vicdan və dini etiqad azadlığının qorunması beynəlxalq hüquqi normalara uyğunlaşdırılıb. Ölkədə dövlətlə dini qurumlar arasında münasibətlər Azərbaycan Respublikası Konstitusiyasının maddələri, Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikası Qanunu və digər qanunvericlik aktları ilə tənzimlənir. Talerant ölkəsi kimi tanınan respublikamızda dini azadlıqdan istifadə edən xarici dövlətlərin missiyoner təşkilatları burada müəyyən təbliğat işləri həyata keçiriblər. Müxtəlif təriqətlərin təbliq edilməsi nəticəsində vəhabilik, nurçuluq, məsihilik və başqa təriqətlər regionlarımızda əhali arasında yayılıb.
DİN rəsmisi qeyd edib ki, nurçuluq təriqətinin yayıldığı ərazilər kimi əsasən Bakı, Sumqayıt, Mingəçevir, Quba, İsmayıllı, Mingəçevir və Ağdaş rayonlarında daha çox rast gəlinir.
Tədbirdə çıxış edən Dini Qurumlar üzrə Dövlət Komitəsinin Aran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tural Əliyev dini və mənəvi-əxlaq dəyərlərin qorunması, qadağan olunmuş dini təriqətlərin təbliğinin qarşısının alınması sahəsində görülən işlər barədə məlumat verib. Şirvan şəhər icra hakimiyyəti başçısının 1-ci müavini Samit Abıyev çıxış edərək vurğulayıb ki, müasir mərhələdə hökumətin din siyasəti ölkədə mövcud ictimai-siyasi sabitlik, milli mənəvi həmrəylik, etnik dini tolerantliq mütərəqqi tarixi ənənələrdən bəhrələnir.
Şirvan şəhər polis şöbəsinin rəisi Şahin Mirzəyev, Qafqaz Müsəlmanlar İdarəsinin Şirvan şəhəri üzrə nümayəndəsi Hacı Əvəz Mehrəliyev Şirvan şəhərində dini təriqətlərin əhali arasında yayılmasının qarşısının alınmasında maarifçilik işlərində, proflaktik tədbirlər barəsində ətraflı məlumat veriblər.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB