Sabahdan Bakının bir neçə rayonunda su olmayacaq vətəndaşların nəzərinə

Sabahdan Bakının bir neçə rayonunda su olmayacaq vətəndaşların nəzərinə

"H.Z.Tağıyev adına Su Kəmərləri" İdarəsinin 1 saylı nasos stansiyasında yenidənqurma işlərinin aparılması ilə əlaqədar magistral xətlə içməli suyun verilməsi dayandırılır. "Azərsu" ASC-dən SİA-ya verilən xəbərə görə, bununla əlaqədar sabahdan 24 saat müddətinə H.Z.Tağıyev qəsəbəsi, Sumqayıt stansiyası, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi, Abşeron rayonunun Qobustan, Çaylı, Pirəküşkül, Nübar və Binəqədi rayonunun 28 may yaşayış məntəqələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə