Bu ildən başlayaraq Gəncədə istismar müddəti başa çatan telefon xətlərinin dəyişdirilməsinə başlanılacaq. Köhnə xətləri yeni optik kabellərlə əvəzlənəcək. SİA-nın verdiyi məlumata görə, bu il ilkin olaraq 10 min abonentin telefon xəttinin dəyişdirilməsi nəzərdə tutulub. Yeni çəkiləcək optik kabellərin üstünlükləri çoxdur. Abonentlər də mənzillərində internetin sürətinin zəif olmasından şikayətçidirlər. Onlar bununla bağlı müvafiq instansiyalara dəfələrlə müraciət etdiklərini deyirlər.
Qeyd edək ki, Gəncə şəhərində ümumilikdə 12 ATS 56 min abonentə xidmət göstərir. Həmin abonentlərin 10 mininin mənzilinə bu il optik kabellər çəkiləcək. Yerdə qalan 46 min abonentə isə növbəti illərdə optik kabellərin çəkilməsi nəzərdə tutulur.
İlham Məmmədzadə, Gəncə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB