"Türkiyə Azərbaycanın həm sevincinə, həm də kədərinə ilk ortaq olan Respublikadır"

"Türkiyə Azərbaycanın həm sevincinə, həm də kədərinə ilk ortaq olan Respublikadır"

Millət vəkili Qənirə Paşayeva Türkiyə Respublikasının yaranmasının 90-cı ildönümünü münasibəti ilə türk xalqını təbrik edib. SİA-nın Türkiyədəki xüsusi müxbirinin verdiyi xəbərə görə, Giresun Universitetinin Tirebolu İlətişim fakültəsinin açılış mərasimində iştirak edən Qənirə Paşayeva çıxışında deyib ki, Türkiyənin bayramı Azərbaycanın eləcə də, digər türkdilli dövlətlərin bayramıdır: "Bu gün Türkiyə Respublikasının yarandığı gün olsa da, türk xalqı üçün ən əhəmiyyətli bayramların biridir. Türkiyə Respublikasının yaranmasının 90-cı ildönümündə böyük şəhid, türk dünyasının böyük lideri olan Atatürk və onun bütün silahdaşlarının qarşısında baş əyərək, onları sevgi və hörmətlə xatırlayaraq bayramınızı təbrik edirəm, bayramımız mübarək olsun".

Sovet İmperiyasının işğalının sona çatdığı dövrdə Türkiyənin Azərbaycana böyük dəstək göstərdiyini deyən Qənirə Paşayeva qeyd edib ki, Türkiyə Azərbaycanın həm sevincinə, həm də kədərinə ilk ortaq olan Respublikadır: "Böyük Atatürk Azərbaycanın sevincinin Türkiyənin sevinci, ölkəmizin kədərinin isə Türkiyənin kədəri olduğunu deyib. Atatürkü hər zaman şükürlə, minnətlə, çox böyük sevgi ilə xatırlayırıq və bu belə də davam edəcək. Gənclərimizin onu daha yaxından tanıması üçün Atatürk haqqında "Dünyanın İtirdiyi Böyük İnsan" adlı kitab yazdım. O insanın qarşısında bu gün də, sabah da baş əyirik və hər zaman da baş əyəcəyik. Allah şəhidlərimizə rəhmət etsin. Şəhidlərimiz olmasaydı, bu gün onların yolunu davam edən nəsillər olmazdı".

Tural Məmmədov,

SİA-nın Türkiyə Respublikasındakı xüsusi müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə