Spartakiadanın qrup yarışları keçirilib

Spartakiadanın qrup yarışları keçirilib

Bu gün Mərdəkan Mədəniyyət Sarayında Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələri işçilərinin II Spartakiadasının qrup yarışları keçirilib. SİA-ya verilən məlumata görə, qrup yarışları dama, stolüstü tennis, nərd, kəndirdartma, güllə atıcılığı, bilyard və digər idman növləri üzrə keçirilib.

Oktyabrın 29-da isə Mərdəkan Mədəniyyət Sarayında Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələri işçilərinin II Spartakiadası qaliblərinin yarımfinal və final mərhələləri keçiriləcək.

Qeyd edək ki, 2012–ci ildə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələri işçilərinin I Spartakiadası keçirilib. Mədəniyyət işçilərinin böyük marağına səbəb olub və əsl bayrama çevrilən Spartakiadanın hər il keçirilməsi qərara alınıb. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələri işçilərinin Spartakiadası əhalinin mənəvi və fiziki sağlamlığının möhkəmləndirilməsi, əhalinin bütün yaş qruplarının sağlam həyat tərzinə cəlb olunması, bədən tərbiyəsi və idman qurğularından və avadanlıqlarından səmərəli istifadə edilməsi məqsədi ilə həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə