İran və Azərbaycan yığma komandaları arasında döyüşlər keçiriləcək
Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Pankration,Grappling və MMA Federasiyası, "Yaguar" şirkətinin təşkilatı dəstəyi və baş sponsurluğu ilə "Sərhədçi" İdman Olimpiya Mərkəzində Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş pankration, grappling və mma növləri üzrə İran və Azərbaycan yığma komandaları arasında döyüşlər keçiriləcək.
Qurumdan SİA-ya verilən məlumata görə, İran və Azərbaycan yığma komanda idmançılarının çəki və mediaya təqdimat mərasimi "Sərhədçi" İdman Olimpiya Mərkəzinin mətbuat konfransı salonunda 22 aprel saat 15:30-da təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB