Həmsədrlər ATƏT-in Daimi Şurasına hesabat verdilər

Həmsədrlər ATƏT-in Daimi Şurasına hesabat verdilər

Vasitəçilər noyabrın sonunda bölgəyə səfər edəcək

ATƏT-in Misnk qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik qurumun Daimi Şurasına illik hesabatlarını təqdim edib. Həmsədrlər son bir il ərzində tərəflərlə həm fərdi, həm də birgə görüşləri, eləcə də həmsədr ölkələrin nümayəndələrinin ikitərəfli görüşləri və yanvar ayında Soçi şəhərində Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin görüşü zamanı həyata keçirilən fəaliyyətin icmalını təqdim ediblər. Onlar həmçinin, ATƏT-in gələcək sədrləri olacaq Ukrayna və İsveçrənin nümayəndələri ilə görüşüblər.

Həmsədrlər dekabrda Dublində keçiriləcək ATƏT-in Nazirlər Şurasının iclası ərəfəsində bu ayın sonu bölgəyə səfər edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə