XİN başçısı İslam zirvə toplantısında iştirak edəcək

XİN başçısı İslam zirvə toplantısında iştirak edəcək

Avqustun 14-15-də Səudiyyə Ərəbistanı Krallığında İslam zirvə toplantısının dördüncü fövqəladə sessiyası keçiriləcəkdir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səud tərəfindən bu zirvə toplantısına dəvət edilib. Zirvə toplantısında Azərbaycan xarici işlər naziri səviyyəsində təmsil olunacaq. Bu məqsədlə xarici işlər naziri Elmar Məmmədyarov avqustun 14-15-də Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində səfərdə olacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə