Azərbaycan prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının prezidenti Mahinda Racapaksanı təbrik edib. SİA-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, İlham Əliyevin təbrik məktubunda deyilir: \"Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Şri-Lanka arasında təşəkkül tapmış münasibətlər bundan sonra da öz inkişafını dostluq və əməkdaşlıq məcrasında davam etdirəcək. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına əmin-amanlıq və firavanlıq arzulayıram\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB