\"İnsan hüquqlarını məhdudlaşdıra biləcək amillər\" adlı təlim keçilir

\"İnsan hüquqlarını məhdudlaşdıra biləcək amillər\" adlı təlim keçilir

Sumqayıtda "Uşaq Hüquqlarının Tədrisi Üzrə Təlimçilər Üçün Təlim" layihəsi çərçivəsində "İnsan hüquqlarını məhdudlaşdıra biləcək amillər" adlı təlim keçirilib. Layihənin koordinatoru Emil Maqalovun SİA-ya verdiyi xəbərə görə, hədəf qrupu kimi orta məktəb 9-10-11-ci sinif şagirdləri seçilib. Təlim zamanı iştirakçılara "Uşaq hüquqları", "Ayrıseçkilik" , "İnsan hüquqlarının məhdudlaşdırılması" barədə nəzəri və praktiki biliklər verilib. Həmçinin təlim zamanı iştirakçılara "İnsan Hüquqları"-na aid video çarxlar da göstərilib və onların müzakirəsi təşkil olunub.

Layihə orta məktəblərdə dərs keçən gənc müəllimlər üçün "İnsan Hüquqlarının Tədrisi" mövzusunda təlimçilər üçün təlim keçməsini nəzərdə tutmaqla yanaşı şəhərdə insan hüquqlarının tədrisini davamlı həyata keçirilməsinə yönəlib. Bu kontekstdə resurs mərkəzinin əsas məqsədi orta ümumtəhsil məktəblərində insan hüquqları üzrə tədrisin forması kimi gənclərin qeyri-formal tədrisinin dəyərini dərk etmək və inkişaf etdirməkdir. Resurs mərkəzi məhz gənc müəllimləri təlimatlandırmaq vasitəsi ilə orta məktəb şagirdlərində insan hüquqları mədəniyyətini formalaşdırmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə