Hakim vəzifələrinə təyin olunmuş prokurorluq əməkdaşlarına fəxri fərmanlar təqdim edilib
Hakimlik vəzifələrinə seçilmələri ilə əlaqədar keçirilmiş müsabiqədə uğur qazanan 2 nəfər prokurorluq işçisi Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə birinci instansiya məhkəmələrinin hakimləri təyin olunublar.
Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Sərəncama əsasən Bakı şəhəri Xəzər Rayon Prokurorluğunun müstəntiqi, I dərəcəli hüquqşünas Vüqar Səyyar oğlu İslamzadə Tovuz Rayon Məhkəməsinin hakimi və Qax rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas Səxavət Böyükağa oğlu Əhmədli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi vəzifələrinə təyin ediliblər.
Bu münasibətlə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun rəhbərliyi ilə Baş Prokurorluğun inzibati binasında tədbir keçirilib.
Tədbir zamanı Elçin Məmmədov yeni təyin edilmiş hakimləri təbrik edib, prokurorluq orqanlarında göstərdikləri səmərəli fəaliyyəti, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə və insan hüquqlarının müdafiəsi sahəsindəki xidmətlərini yüksək qiymətləndirib. O, Baş prokuror Kamran Əliyev tərəfindən imzalanmış Prokurorluğun Fəxri fərmanlarını təqdim edərək onlara yeni vəzifələrində uğurlar arzulayıb.
Görüşdə tədbir iştirakçıları xatirələrini bölüşüb, səmimi söhbətlər ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB