Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsinin Qaçaq Nəbi küçəsindən Nizami rayonu, Məmmədəli Şərifli küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Qeyd olunub ki, buna səbəb fevralın 23-ü saat 23:00-dan fevral 25-i saat 20:00-dək ərazidə aparılacaq təmir işləridir. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, bu müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB