Küçə heyvanları məsələsi ekoloji yoxsa sosial problem kimi qiymətləndirilməlidir? - EKOLOQ DANIŞDI
"Sahibsiz heyvanlar problemi olduqca aktualdır. Şəhər küçələrində sərbəst gəzən itlər və pişiklər həmişə şəhər ekosisteminin tanış bir mənzərəsi olub, lakin son zamanlar onların sayı xeyli artıb. Sahibsiz küçə heyvanları problemi sosial (insan münasibətləri, sahiblənmə məsuliyyəti) və ətraf mühit (şəhər ekosisteminə təsir, xəstəliklərin ötürülməsi) kimi aspektlərini özündə birləşdirdiyindən, ona vahid şəkildə baxılmalıdır. Əsas səbəblər səmərəsiz tənzimləmə, insan məsuliyyətsizliyi və insan təhlükəsizliyinə olan risklərdir".
Bu sözləri SİA-ya açıqlamasında ekoloq Sevil Yüzbaşeva deyib.
.jpg)
Onun sözlərinə görə, sahibsiz heyvanlar (əsasən it və pişiklər) küçələrdə yaşayan, sığınacağı olmayan heyvanlardır: "Onların artımının qarşısını almaq üçün əsasən şəhər mühitində sterilizasiya, peyvəndləmə və reabilitasiya mərkəzləri fəaliyyət göstərməlidir. Bu xidmətlər adətən pulsuz həyata keçirilir. Heyvanların reabilitasiyası və sahibləndirilməsinə qədər saxlanılması üçün xüsusi sığınacaqlar da mövcud olmalıdır.
Dünyada küçələrdə yaşayan və köməyə ehtiyacı olan heyvanlara diqqət çəkmək üçün hər il aprelin 4-də Ümumdünya Sahibsiz Heyvanlar Günü qeyd edilir. Bu xüsusi günün məqsədi sahibsiz heyvanların üzləşdiyi çətinliklərə diqqət çəkmək, onların hüquqlarına hörmət etmək və rifahını artırmaq üçün maarifləndirməkdir. Və bu tarix “Ümumdünya Sahibsiz Heyvanlar Günü” kimi 30-dan çox ölkədə qeyd olunur.
Sahibsiz heyvanlar problemi sosial məsələyə təsiri şəhər mühitinin keyfiyyəti, ev heyvanlarına məsuliyyətli sahiblik etmək və heyvan sığınacaqları əməliyyatları ilə əlaqədar ictimai təhlükəsizlik, insan-heyvan qarşılıqlı əlaqəsi və ev heyvanlarına qarşı insani münasibətin təşviq edilməsi məsələlərini əhatə etməsi kimi nəzərdən keçirilir.
Ətraf mühit məsələsinə gəldikdə isə sahibsiz heyvanlar şəhər ekosisteminin bir hissəsinə çevrilir, ona təsir göstərir və potensial olaraq xəstəlikləri (məsələn, quduzluq) yayırlar. Bu problemi həll etmək üçün həm sosial tədbirlər (sığınacaq, könüllülük), həm də ətraf mühit tədbirləri (əhali nəzarəti) daxil olmaqla hərtərəfli yanaşma tələb olunur.
Bu sosial məsələyə aid olan problemə nəzər yetirdikdə görürük ki, xeyli sayda heyvanların küçələrə çıxaraq dolaşması, sahibsiz həyat tərzi yaşaması cəmiyyət üçün təhlükə yaratması ilə nəticələnir. Bu eyni zamanda insanlar üçün risklərin də yaranmasına səbəb olur.
Məlumatlardan görürük ki, nəinki şəhərdə eləcədə bölgələrdə evsiz və baxımsız heyvanlar olduqca çox yayılıb və insanlar üçün təhlükə yaradıblar. Evsiz heyvanlar məsələsinin ictimai gündəmdəki aktuallığı, adətən, münaqişələrə səbəb olan təhlükəsizlik qaydalarının pozulması səbəbindən artır. Tədqiqatçılar şəhərdəki sahibsiz heyvanların sayının artmasının səbəbləri kimi sterilizasiya və mikroçiplərin aşağı nisbətlərini, eləcə də hökumət siyasətinin məsuliyyətli heyvan baxımının təşviqinə kifayət qədər təsir etməməsini göstərirlər.
Sahibsiz Heyvanlar Problemi və onun Həll Yolları kimi Sığınacaqların yaradılması, heyvanların Sterilizasiyası, Peyvəndləmə və Sahiblənmə kimi yollar vardır. Heyvanların reabilitasiyası və sahibləndirilməsinə qədər saxlanılması üçün xüsusi sığınacaqlar mövcud olalıdır. Artımın qarşısını almaq üçün Sterilizasiyası ən effektiv yol sayılır. Peyvəndləmə isə xəstə və quduz heyvanların yayılmasının qarşısını alır. Bunların sırasında ən effekttli üsul isə sahiblənmədir. Küçə heyvanlarının ailələr tərəfindən götürülməsidir. Bunun üçün əhali ilə də maarifləndirmə aparılmalıdır. Bundan başqa Sahibsiz heyvanlara Dövlət Dəstəyi də göstərilməlidir və baytarlıq-sanitariya tədbirləri həyata keçirilməlidir.
Sahibsiz Heyvanlarla mübarızə tədbirləri kimi uzunmüddətli heyvan sığınacaqlarının, eləcə də ev və sahibsiz heyvanlara nəzarət üçün ixtisaslaşmış xidmətlərin yaradılmasının vacibliyini qeyd etmək olar.
Sahibsiz heyvanlara qayğı göstərmək və onların həyat şəraitini yaxşılaşdırmaq həm heyvan rifahı, həm də ictimai sağlamlıq üçün vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB