Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Yol-nəqliyyat hadisəsi zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirilib. FHN-in Mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, təlimin keçirilməsində əsas məqsəd nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər tərəfindən dəmir yolu keçidində baş vermiş şərti nəqliyyat qəzası zamanı deformasiyaya uğramış avtomobildən “zərərçəkmişlər” xilas edilərək onlara “ilkin yardım” göstərilib, həmçinin baş vermiş “yanğın qısa müddətdə söndürülüb”.
Uğurla keçirilmiş təlimin yekununda əldə olunmuş nəticələr müzakirə edilib, müvafiq tapşırıqlar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə