"Bunların bünövrəsi ailədaxili münaqişələr ola bilir" - PSİXOLOQ ŞƏRH ETDİ

"Ailədaxili problemlər uşaqların psixoloji, həmçinin fiziki inkişafına çox mənfi təsir göstərir. Ailə daxilində olan münaqişələr, ailədə bir neçə tərbiyə üsulunun olması, nənələr, babalar, bibilər, xalalar və s tərbiyə alması, anadan uzaq olması, bəzən atanı uzun müddət görməməsi, ailədaxili yanlarında olan davalar, münaqişələr uşaqların psixi durumuna çox mənfi təsir edir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, uşaqların bəzən davranışlarında fərqliliklər görə bilirik. Məsələn, uşaqların dərslərində geri qalmasını görə bilirik, bəzən psixametik olaraq xəstələnə bilirlər, bəzən özlərini narahat hiss edə bilirlər: "Bunların bünövrəsi isə ailədaxili münaqişələr ola bilir. Əgər çox vaxt uşaqlar ailədə olan problemləri üzə çıxarda bilmirlər və nəticədə cəmiyyətdə özlərini aqressiv göstərirlər. Bunun da nəticəsi olaraq uşaqların qorxuları olur, yaxınlarından dəstək ala bilmirlər, həyəcan keçirirlər və öz çevrələri ilə ünsiyyət qurmaqda çətinlik çəkirlər. Bunların hamısı isə uşaqlarda müəyyən yaş dövründən sonra öz mənfi nəticələrini göstərir. Yeniyetmələrdə isə daha çox evdən getmə hallarını, dostları ilə olan münasibətlərində problemlər görürük və yaxud da görürük ki, müəyyən qurumlara daxil olurlar, özlərini təsdiq üçün və kimlərəsə özlərini sübut etməyə çalışırlar".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə