Azərbaycanda ilk dəfə Göygöl rayonunda “Moruq Festivalı” keçirilir. Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçiriləcək festivalın tərəfdaşları Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyi, Aqrar İnnovasiya Mərkəzi, bir sıra şirkətlər, dövlət və özəl qurumlardır.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, festivalın təşkilində məqsəd bölgənin turizm sektoru üzrə rəqabət qabiliyyətini yüksəltmək, aqroturizmin inkişafına dəstək vermək, Göygöl rayonunun unikal cəhətlərini, burada istehsal olunan kənd təsərrüfatı məhsullarını tanıtmaq, moruq istehsalının təşviqi yolu ilə iqtisadiyyatın inkişafına töhfə verməkdir.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Azərbaycanda kənd təsərrüfatı sahəsində müasir texnologiyaların tətbiqinə, davamlı inkişaf prinsiplərinə önəm verildiyini deyib. Rayonda moruqçuluq təsərrüfatının inkişaf etdiyini vurğulayan icra başçısı hər il təşkil olunacaq Moruq Festivalının aqrar və turizm sahələrinin inkişafına mühüm töhfə verəcəyini qeyd edib.

Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Rəcəb Öztop bildirib ki aqroturizm potensialından düzgün istifadə, məhsulların brendləşməsi, satış marketinq işinin təşkili məsələlərinə toxunub. Onun fikrincə, bu festival moruq məhsulunun Göygöl rayonu üçün brendləşməsinə gətirib çıxaracaq, eyni zamanda rayonun sosial-iqtisadi və mədəni inkişafına müsbət təsir edəcək.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov isə öz növbəsində aqrar sahədə keçirilən festival və sərgilərin əhəmiyyətinə toxunub. Meyvə və giləmeyvələrin ixracda xüsusi yer tutduğunu diqqətə çatdıran Anar Cəfərov əlavə edib ki, Nazirlik fermerlərin istehsal etdikləri məhsullarının birbaşa satışının təşkil olunması və fəaliyyətinin genişləndirməsi üçün mütəmadi festival və sərgilərin keçirilməsini dəstəkləyir.
Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov aqrar sahədə festivalların daxili turizmin inkişafında və regionlarda məşğulluq səviyyəsinin artmasındakı rolundan bəhs edib.
Bu festivala böyük marağın olduğunu deyən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov belə tədbirlərin milli mənəvi dəyərlərin yaşadılması, fermerlərin yeni bilik və bacarıq əldə etməsində faydalı olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqının sədri Fuad Məmmədov moruq festivalının məhz Göygöl rayonunda keçirilməsinin təsadüfi olmadığını deyib. Göygöl rayonunda giləmeyvəçiliyin inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdıran Fuad Məmmədov əlavə edib ki, bu sahəyə dövlət dəstəyinin genişləndirilməsi rayonun giləmeyvə üzrə ixtisaslaşmasına mühüm təsir göstərəcək.
Qeyd edək ki, Göygöl rayonunun Keşkü kəndində 3 hektar ərazidə təşkil olunan festivalda ziyarətçilərə moruq istehsalı ilə daha yaxından tanış olmaq imkanı yaradılıb, yerli istehsalçılar tərəfindən təqdim olunan moruq sortlarının dequstasiyası və satışı təşkil edilib. Festivala gələn ziyarətçilər 100-ə yaxın fermer və sənətkarın istehsal etdiyi məhsullar və xalq tətbiqi sənətkarlıq nümunələri ilə tanış olub, bəyəndikləri məhsulları ən sərfəli qiymətə almaq imkanı qazanıblar. Tədbir çərçivəsində qonaqlar üçün müxtəlif əyləncəli şou proqramlar nümayiş olunub.
Sabah saat 10:00-dan 21:00-dək davam edəcək festival ərazisi məkan olaraq müxtəlif interaktiv zonalara bölünüb. Ziyarətçilər kənd təsərrüfatı məhsullarının sərgi-satış yarmarkasına, moruq təsərrüfatı guşəsinə baş çəkib, müxtəlif dequstasiya tədbirlərində iştirak edib, ustad dərslərini, o cümlədən moruqla rəsm çəkməyə dair ustad dərsini izləyiblər. Ziyarətçilər eyni zamanda açıq havada konsert proqramını, idmançıların nümunəvi çıxışlarını izləmək imkanı qazanıblar. Ərazidə xüsusi kampinq zonası da təşkil olunub.
“Moruq Festivalı” məhsul bayramı xarakteri daşımaqla yanaşı, moruq istehsalçılarına yeni işgüzar əlaqələr qurmağa, məhsullarını geniş auditoriyaya tanıtmağa imkan verir.
İki gün davam edəcək festivalı hər gün ən azı 5 min insanın ziyarət edəcəyi gözlənilir.
Xəbər lenti
Ukrayna hansı kozırları oynaya bilər?
Dünya 20:05Avropa Putinin planlarını pozmağa qadirdir...
Dünya 19:05Qəzza zolağında neçə xristian qalıb?
Dünya 18:49Klassik tələ...
Dünya 18:27Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir
İqtisadiyyat 17:36Ukraynada keşiş 3 nəfəri güllələyib
Dünya 17:33Dünya Bankının qlobal konfransı 2027-ci ildə Bakıda keçiriləcək
İqtisadiyyat 17:31Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



