“Planetə düşən yağıntı ilə buxarlanma balansı pozulmayıb” - EKOLOQ DANIŞDI

“Təbiətdə böyük hadisələr adətən dövrülük prinsipi ilə gedir. Yer kürəsinin də iqlim dəyişmələrində bu dövrülük prinsipi özünü göstərir. Vaxtilə quraqlıq dövriliyi davam edirdi. Bu dövriliyin qarşısını almaq üçün kütləvi şəkildə meşə zolaqları salmağa başladılar”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq Ənvər Əliyev deyib.

O bildirib ki, Yer kürəsinin bu və ya digər sahəsində olan iqlim dəyişmələri dövriliyin məsuludur: “Bu dövr Azərbaycanda 1920-ci illərdə yekunlaşıb və yağıntıların çoxluğu ilə müşahiə olunan dövrə keçilib. Quraqlıdan sonra artıq yağıntı dövrü başlayır və bir müddət davam edir. Konkret olaraq vaxt demək mümkün deyil, amma bir müddət davam edəcəyi gözlənilir.
Yazın axırı yayın əvvəli adətən yağıntılı dövr olur. Lakin bu il yağıntıların norması həddindən artıq oldu. Bu yağıntıların davam etməsinin isə təbii olaraq fəsadları oldu. Kənd təsərrüfatına ziyan dəydi, fermerlər xeyli dərəcədə zərərə düşdülər. Təbii ki, dövlət müəyyən qədər fermerlərə öz yardımını göstərir. Lakin sığortalanmayan ərazilərin sahibləri çətin vəziyyətdə qalacaqlar.

Lakin yağıntıların dəqiq olaraq nə qədər müddət davam edəcəyi bilinmir. Ümumilikdə isə planetə düşən yağıntı ilə buxarlanma balansı pozulmayıb”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə