“Siqaret çəkmək dəriyə ziyan vurur” DERMATOLOQ BİLDİRDİ

“Siqaret çəkmək dəriyə ziyan vurur” DERMATOLOQ BİLDİRDİ

“Siqaretin dəriyə, saçlara çox böyük mənfi təsirləri var. Siqareti çəkdikdən sonra 40 dəyqəlik ətraf, kapilyar damarlarda daralma yaradır”. Bunu SİA-ya açıqlamasında dermatoloq Vaqif Abdullayev deyib.

Bu periferik damarların daralmasına və dəridə qidalanmanın pozulmasına gətirib çıxardır və eyni qayda da saç köklərin qidalanması pozulur. Məsələn saç əkimi icra olunduqdan sonra hardasa 1 ay və ya 10 günlük xəstələrə siqarət çəkmələrini qadağa edirik. Qeyd edim ki, kim səhər durub ac qarına siqaret çəkirsə, onlar baş gicəllənmə hiss edə bilər. Bunun səbəbi beyni qidalandıran damarlarda spazm baş verir.
Başgicəllənməyinin səbəbi , beyinə qan yetəri qədər gəlmir. Eyni qayda da da bizim dərimizə yetəri qədər qan dövranı olmur”.

Müəllif: Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə