Mehmet Dinçerler Hülya Avşarın qızı ilə görüntülənib

Türkiyəli müğənni Hadisə ilə boşanma prosesində olan Mehmet Dinçerlər, Hülya Avşar ilə Kaya Çilingiroğlunun qızı Zehra Çilingiroğlu arasında yaşanan sevgi dedi-qoduları jurnalın gündəminə bomba kimi düşüb. SİA xəbər verir ki, Mehmet Dinçerler həyat yoldaşı Hadisənin konsert zamanı ağlaması ilə başlayan evlilik böhranından sonra yoxa çıxıb. Müğənni Hadisənin boşanma mərhələsində olan həyat yoldaşı Mehmet Dinçerler daha sonra Zehra Çilingiroğlu ilə görüntülənib.

Görüntülərdən sonra Rodosda tətildə olan Mehmet Dinçerlərin Hülya Avşar və Kaya Çilingiroğlunun qızı Zehra Çilingiroğlu ilə sevgili olduğu iddia edilib.

"YouTube"da yayımlanan "White Magazine" proqramının xüsusi xəbərinə görə, Dinçerler Hülya Avşarın qızı Zehra Çilingiroğlu ilə əvvəlcə mehriban bir mühitdə, sonra isə təklikdə vaxt keçirib. Cütlüyün səmimiliyi diqqət çəkib.

Zehra Çilingiroğlu bir müddət əvvəl Alaattin Kadayifçıoğlu ilə eşq yaşayıb və cütlük daha sonra münasibətlərinə son qoyub. Ayrılıqdan sonra Alaattin Kadayifçıoğlu Sibel Canın Hakan Uraldan olan qızı Melisa Uralla yaşamağa başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə