Məşhur teleaparıcı Acun Ilıcalı bu gün dəhşətli avtomobil qəzası keçirib. SİA xəbər verir ki, yaxınlıqdakı xəstəxanaya çatdırılan Ilıcalıya ilkin tibbi yardım göstərilib. Xəstəxanada aparılan ilk yoxlamalarda qolunun sınığı aşkarlanan Ilıcalının səhhətinin yaxşı olduğu və qarşı tərəfdən gələn avtomobillə toqquşduğu bildirilib.
Qeyd edək ki, Acun Ilıcalı əvvəllər istifadə etdiyi avtomobilinin arxa təkərinin partlaması nəticəsində baryerlərə dəyib. Hava yastıqlarının açılması ilə Ilıcalı xəsarət almadan xilas olub. Acun Ilıcalı yol qəzasında valideynlərini itirib, qızının bədənində 18 sınıq olub. Bu qəzadan sonra sıx bir travma keçirərək bir il evdən çıxmayan Ilıcalı daha sonra həyat yoldaşından boşanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB