Sıktıvkarda Komi Respublikasının 100 illik yubileyi münasibətilə meydanda böyük konsert proqramı təşkil olunub.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, tanınmışlardan Lev Leşçenko və Larisa Dolina orada iştirak ediblər.
Beləliklə, deyilənlərə görə, konsert başlamazdan əvvəl məşq olub. Leşçenko orada görünməsə də, Dolina səhnəyə çıxıb. Səhnə paltarı geyinmədən,..özü də makiyaşsız.
...Və yerli bədxahlar tərəfindən təhqirlə qarşılanıb.
“Prozvezd” portalı hadisənin şahidi olan yazıçı Yuliya Volkodavın fikrinə istinadən hadisə barədə danışıb. Yazıçının dediyinə görə, Dolinanın ünvanına səsləndirilən təhqiramiz ifadələr nəinki məni, hətta ətrafda olan azsaylı tamaşaçıları da şoka salıb.
Təbii ki, səhnəyə yaxınlaşan tamaşaçıların bəzilərinin davranışı Larisanı məşqi yarımçıq qoyub, səhnəni tərk etməyə məcbur edib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB